Ukraynadan iki taxıldaşıyan gəmi Türkiyəyə yola düşüb

Ukraynanın "Çornomorsk" limanından kənd təsərrüfatı məhsulları daşıyan iki gəmi yola düşüb.

Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin "Tviter hesabında deyilir.

25 min ton buğda daşıyan "Ocean" yük gəmisi Türkiyənin "Marmara" limanına yol alıb. "Zümrüt Ana" gəmisi isə Venesiyaya 6,3 min ton günəbaxan yağı aparır.

Ukrayna taxılının ixracına dair razılaşma Moskva və Kiyev tərəfindən BMT-nin iştirakı ilə əldə olunub. Gəmilər üç limandan - "Odessa", "Çernomorsk" və "Yujnı"dan yola düşür. Onların hamısı İstanbulda taxıl müqaviləsi çərçivəsində yaradılmış Birgə Koordinasiya Mərkəzinin nümayəndələri tərəfindən yoxlanılır. Artıq 10-a yaxın gəmi təyinat yerinə gəlib, 600 min tondan çox taxıl daşınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31