“Ruslara Şengen vizalarının verilməsini dayandırmaq nasizmin təzahürüdür”- ŞOYQU
20 Avqust 2022 13:46 Dünya"Bir sıra Avropa İttifaqı ölkələrinin ruslara Şengen vizalarının verilməsini dayandırmaq təşəbbüsü nasizmin təzahürüdür".
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
"Şengen vizalarının ruslara verilməsinin məhdudlaşdırılması ideyası rusofobiya və nasist siyasətinin açıq təzahürüdür. Rusiya hakimiyyəti nasizmə qarşı barışmaz və hərtərəfli mübarizə aparacaq", - Şoyqu qeyd edib.
O, Ukrayna hökumətinin siyasətini də nasizim adlandırıb: "Sovet İttifaqının dağılmasından sonra Vaşinqton Ukraynadan Rusiyanın antipodunu yaratmaq üçün hər şeyi etdi. Rus dilini, rus mediasını, rus mədəniyyətini - ölkəmizlə bağlı hər şeyi qadağan edən qanunvericilik təşviq edildi".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31