Məkkə və Mədinə sulara qərq oldu: Kəbəni şiddətli yağış altında ziyarət etdilər - FOTO/VİDEO
20 Avqust 2022 13:12 DünyaSəudiyyə Ərəbistanının Mədinə şəhərində leysan yağışlar səbəbindən yolları su basıb.
Bu barədə Məkkə Mülki Müdafiə Müdirliyindən açıqlama verilib.
Qeyd olunub ki, bir çox yollar su altında qalıb, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Məkkədə yüzlərlə insan yağışın altında təvaf edib.
Əhaliyə qəza və ani daşqınlara qarşı tədbir görmələri və alçaq yerlərdən uzaq durmaları tövsiyə olunub.
Mənbə: Haber Global
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31