Ermənistanda meriya binasına hücum - PARTLAYIŞ
19 Avqust 2022 23:47 DünyaErmənistanın Masis şəhərində üzərində tapança və qumbara olan naməlum şəxs meriya binasına daxil olub.
Olaylar.az axar.az xəbər verir ki, bu barədə şəhərin vitse-meri Norayr Akopyan məlumat yayıb.
"Sərxoş vəziyyətdə olan şəxs meriya binasına daxil olub. Bundan sonra partlayış baş verib. Binada işçilər, mühafizəçi olmayıb. Xəsarət alan yoxdur", - deyə o bildirib.
İlkin məlumata görə, həmin şəxs tapançadan bir neçə dəfə atəş açıb və hər hansı tələb irəli sürməyib.
Hadisə yerinə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, polis qüvvələri cəlb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31