Türkmənistan Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulacaq
19 Avqust 2022 21:13 DünyaTürkmənistan Rusiya, İran və Hindistan tərəfindən yaradılmış Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Türkmənistan xarici işlər naziri Rəşid Meredov deyib.
Meredovun sözlərinə görə, Aşqabad dəmir yolu, avtomobil, hava, dəniz və digər nəqliyyat növlərində birgə iş sahəsində rusiyalı həmkarları ilə tərəfdaşlığı davam etdirəcək.
O, Şimal-Cənub dəhlizi çərçivəsində tərəflərin qarşılıqlı fəaliyyəti üçün böyük potensiala malik olduğunu da vurğulayıb.
axarAz
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31