Tokayev Soçiyə işgüzar səfərə gəlib- Putinlə görüşəcək
19 Avqust 2022 16:28 DünyaQazaxıstan prezidenti Kasım-Comart Tokayev Soçiyə səfərə gəlib.
Bu barədə TASS Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Prezident Kasım-Comart Tokayev Soçiyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlət başçısının Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçiriləcək", - mətbuat xidməti qeyd edib.
Kremldən bildiriblər ki, prezidentlər Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafını müzakirə etməyi planlaşdırırlar.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31