Braziliya prezidenti “YouTube” bloqerinin telefonunu əlindən almağa çalışdı - VİDEO
19 Avqust 2022 16:16 DünyaBraziliya Prezidenti Jair Bolsonaru "YouTube" bloqerinin telefonunu əlindən almağa çalışıb. Buna səbəb bloqerin dövlət başçısını qorxaq və avara adlandırması olub.
Kadrlarda Bolsonaru bloqerin köynəyindən və qolundan tutur, daha sonra isə prezidentin cangüdənləri yutuberi kənara çəkir.
Oktyabrda Braziliyada prezident seçkisi keçiriləcək. Bolsonaru bu həftə seçkiöncəsi kampaniyasına başlayıb.
Oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31