Ukraynaya 800 milyon dollarlıq yardım hazırlanır

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya 800 milyon ABŞ dolları dəyərində yeni yardım hazırlayır.

Bayden, prezidentə ABŞ ehtiyatından artıq silahları çıxarmağa imkan verən xüsusi hüquqdan istifadə edə bilər.

Anonimlik şərti ilə danışan mənbələr yeni yardım paketinin bu gün və ya gələn həftə elan oluna biləcəyini bildiriblər. Onlar yardım paketinin qiymətinin elandan əvvəl daha da dəyişə biləcəyini istisna etməyiblər.

Rusiyanın Ukraynaya hücumundan sonra Vaşinqton, Kiyev hökumətinə milyardlarla dollar yardım göndərib.

Reuters

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31