Rusiya Dumasının deputatı axtarışa verilib
19 Avqust 2022 11:52 Dünya3,25 milyard rubl rüşvət aldığına görə qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilən Rusiya Dövlət Dumasının deputatı Vadim Belousov axtarışa verilib. Bu barədə TASS Rusiya Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Belousovun vəkili Lyudmila Aivar bildirib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verib.
Vadim Belousova 10 il həbs və 500 milyon rubl cərimə cəzası kəsilib. Hakim iclasda onun həbsinə qərar versə də, deputat məhkəməyə gəlmədiyi üçün hökmü icra etmək mümkün olmayıb.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31