Rəcəb Tayyip Ərdoğan və Polşa Prezidenti arasında telefon danışığı olub
18 Avqust 2022 23:48 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan və Polşa Prezidenti Andjey Duda arasında telefon danışığı baş tutub.
Olaylar.az axar.az-a istinadən bildirir ki, danışıqlar zamanı prezident Ərdoğan Ukraynada sülh prosesinə töhfə verəcəyinə ümid etdiklərini söyləyib.
Polşa Prezidenti Duda Rusiya-Ukrayna böhranının həllində göstərdiyi konstruktiv rol və səylərə, taxıl ixracı sazişinə verdiyi töhfələrə görə, prezident Ərdoğana təşəkkür və təbriklərini çatdırıb.
Həmçinin, prezident Duda Ərdoğanı Polşaya dəvət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31