Finlandiya Rusiyadan İZAHAT İSTƏDİ

Finlandiya Xarici İşlər Nazirliyi Rusiya qırıcılarının bu ölkənin hava məkanını pozması ilə bağlı izahat tələb edib.

Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, rəsmi Helsinki bununla bağlı Rusiyanın Finlandiyadakı səfirliyinə nota göndərib.

Finlandiya XİN-dən faktla bağlı araşdırma aparıldığı, proses yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəyi bildirilib.

Xatırladaq ki, Finlandiya Müdafiə Nazirliyi Rusiyanın iki qırıcısının ölkənin hava məkanını pozduğunu açıqlayıb. Hadisə avqustun 18-i səhər saatlarında Fin körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31