"Rusiya Ukrayna ərazisindən tamamilə çıxarılmalıdır" - Zelenski

"Rusiya ilə dialoq yalnız işğalçı qüvvələrin Ukrayna ərazisindən tamamilə çıxarılacağı təqdirdə mümkündür".

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra deyib.

Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, bugünkü görüşdə Ukrayna tərəfi münaqişəni dayandırmaq üçün güzəştə getməyə məcbur edilməyib.

O əlavə edib ki, bir çox məsələlərin diplomatik həlli Zelenski, Ərdoğan və Quterreşin qərarlarından asılıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31