Daha bir gəmi Odessa limanını tərk etdi - FOTO

Bu gün ərzaq daşıyan daha bir gəmi Ukraynanın Çernomorsk limanından yola düşüb.

Olaylar.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat yayılıb:

"Beliz bayraqlı "MARİA" gəmisi qarğıdalı yükü ilə Çernomorsk limanını tərk edib".

Daha dörd gəminin taxıl üçün Ukraynaya gedəcəyi bildirilir.

Xatırladaq ki, iyulun 22-də İstanbulda "taxıl dəhlizi" haqqında saziş imzalanıb. İmzalanmış müqaviləyə əsasən, Rusiya Federasiyası limanlarda atəş açılmayacağına dair öhdəlik götürüb.

milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31