"Koordinasiyanı davam etdirmək barədə razılığa gəldik" - Zelenski
18 Avqust 2022 18:38 DünyaBMT-nin Baş katibi Antonio Quterreşlə taxıl dəhlizi və Rusiyanın Zaporojye AES-də nüvə şantajını müzakirə etdik.
Olaylar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Quterreşlə bu gün Lvovda baş tutan görüşü haqda qeyd edib.
"Biz taxıl təşəbbüsünün həyata keçirilməsində koordinasiyanı davam etdirmək barədə razılığa gəldik. Onun inkişafının mümkün istiqamətlərini, ukraynalıların qanunsuz və məcburi deportasiyası, hərbi qulluqçularımızın və həkimlərimizin əsirlikdən azad edilməsi məsələlərini də müzakirə etdik", - Zelenski bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31