Litva Tayvanda nümayəndəlik açır- Çinin etirazlarına baxmayaraq

Litva Baş nazirinin müşaviri Paulyus Lukauskas ölkənin Tayvandakı mayəndəliyinin yeni rəhbəri təyin edilib.

Bu barədə Tayvan Beynəlxalq Radiosu məlumat yayıb.

Nümayəndəliyin açılışı sentyabrda baş tutacaq.

"Tayvan innovasiyalar, ixrac və birbaşa xarici investisiyalar sahəsində əməkdaşlıq üçün Litvanın prioritet bazarları sırasına daxildir. Bu ilin birinci yarısında Litvanın məhsul və xidmətlərinin Tayvana ixracı artıb", - Litvanın İqtisadiyyat və İnnovasiyalar Naziri Auşrine Armonayte bildirib.

Nazirin sözlərinə görə, Litvanın Taybeydəki nümayəndəliyi ölkənin Asiyada təmsilçilik səviyyəsini yüksəltməklə yanaşı, texnologiya sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına təkan verəcək.

Çin hakimiyyəti Tayvanla bağlı mövqeyinə görə Litvanı davamlı olaraq tənqid edir. Vilnüsün bu addımları Pekin tərəfindən Çinin ərazi bütövlüyünün pozulması və daxili işlərinə müdaxilə kimi qəbul edilir.

Bir neçə gün əvvəl Çin hökuməti Litvanın nəqliyyat və rabitə nazirinin müavininə Tayvana səfər etdiyi üçün sanksiyalar tətbiq etmişdi.

Azpost.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31