“Krımı iki böyük partlayış gözləyir” – Ukrayna ordusunun hədəfi bəlli olur
18 Avqust 2022 15:04 DünyaKrımda baş verən son partlayışlar hələ başlanğıcdır, bunların sayı daha çox olmalıdır, çünki işğal olunmuş yarımadada çoxlu hərbi obyektlər var.
Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
"Krımda daha iki böyük partlayış hadisəsi baş verməlidir. Bu hədəflərdən biri Sevastopolda "Kalibr" raketləri üçün nəzərdə tutulmuş anbardır. Buradan sualtı və döyüş gəmilərinə sursat və silah yükləyirlər. Digər hədəf isə Krım körpüsü olmalıdır. Niyə? Çünki bu, qoşunların təchizatı üçün əsas arteriyadır", - hərbi ekspert bildirib.
Jdanov Ukrayna ordusunun Krımın azad edilməsi üçün əks-hücum əməliyyatına başlayacağını istisna etməyib.
Teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31