Güclü yağış daşqına səbəb oldu - 16 ölü

Çinin şimal-qərbindəki Qinghai əyalətində güclü yağış nəticəsində daşqın baş verib. 

Daşqın zamanı 16 nəfər ölüb, 36 nəfər itkin düşüb.

Dağlıq bölgədə yerləşən muxtar rayonda baş verən daşqınla əlaqədar ikinci dərəcəli həyəcan təbili çalınıb. 
Qinghai Yanğın və Xilasetmə İdarəsi axtarış-xilasetmə əməliyyatları üçün bölgəyə təxminən 600 nəfərdən ibarət bir qrup göndərib.

Sfera.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31