Türkiyədə ilk dəfə erməniəsilli şəxs qubernator oldu
18 Avqust 2022 12:48 DünyaTürkiyə Cümhuriyyəti tarixində ilk dəfə erməniəsilli şəxs qubernator olub.
Olaylar.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Denizli bölgəsinin Babadağ vilayətinə rəhbərlik edəcək 27 yaşlı Berk Acardır.
B. Acar 1995-ci ildə İstanbulda anadan olub və özəl Sahakyan Nunyan erməni orta məktəbində oxuyub. 2000-ci ildə Bilgi Universitetinin Hüquq fakültəsini bitirib. 110-cu qubernatorluq imtahanına qatılan Acar yazılı imtahanda 13 374 nəfər arasında 72-ci olub. Müsahibə üçün dəvət edilən 475 nəfər arasında uğur qazanan erməniəsilli şəxs qubernator vəzifəsinə təsdiqlənib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31