Bu ölkə rusları qəbul etməyəcək
18 Avqust 2022 11:36 DünyaOlaylar.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu gündən etibarən Estoniya ölkənin Şengen vizası verdiyi Rusiya vətəndaşlarının qəbulunu dayandırıb. Hazırda 25 minə yaxın Rusiya vətəndaşının belə vizası var.
"Məhdudiyyətlər turist səfərlərinə, idman və mədəni tədbirlərə səfərlərə və Şengen zonasına əyləncə səfərlərinə şamil edilir - biz daha belə insanları qəbul etməyəcəyik və onları Estoniyaya buraxmayacağıq", - Polis və Sərhəd Mühafizə Departamentinin direktor müavini Egert Belikov bildirib.
İstisna yalnız turist vizası ilə qohumlarının yanına gedənlərə aiddir: Valideynlər, uşaqlar və həyat yoldaşları.
Bundan əlavə, humanitar viza sahibləri üçün də istisnalar edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31