Avropanın ən böyük ölkələri Ukraynaya hərbi yardım təklif etməyib
18 Avqust 2022 10:45 Dünyaİyul ayı ərzində Avropanın altı ən böyük ölkəsi Kiyevə heç bir hərbi dəstək təklif etməyib. Bu, Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından bəri ilk haldır. Bu barədə cümə axşamı "Politico" qəzeti "Ukrayna Support Tracker" layihəsi çərçivəsində Ukraynaya göstərilən hərbi, maliyyə və humanitar yardımı qiymətləndirən Kiel İnstitutunun məlumatlarına istinadən yazıb.
Layihənin rəhbəri Kristof Trebeş:"Aprelin sonundan etibarən Avropa ölkələrindən Ukraynaya hərbi yardımın həcmində azalma tendensiyası müşahidə olunur. Avqustun 11-də "Kopenhagen - Ukrayna - 2022" donor konfransında iştirak edən ölkələr Kiyevə silah alınması üçün 1,5 milyard avro ayırmağa razılaşıblar. Bu məbləğ əvvəlki konfranslarda elan edilənlərlə müqayisədə "cüzi" görünür. Döyüş əməliyyatları kritik mərhələyə qədəm qoysa da, yeni yardım təşəbbüsləri quruyub. Aİ Ukraynaya dəstək verməkdənsə, koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün daha çox vəsait ayırır. Nümunə kimi o, sərəncamında 800 milyard avro olan Avropa İqtisadi Bərpa Fondunu (RRF) göstərib, halbuki bu gün Ukraynaya Avropanın ümumi yardımı bu məbləğin yalnız kiçik bir hissəsidir".
"Bu müşahidə ona işarədir ki, Avropanın müdafiə siyasətində tarixi dəyişikliklərə baxmayaraq, Ukraynaya hərbi yardım məhz Kiyevin həlledici əks-hücum əməliyyatına başladığı anda azaldıla bilər".
TASS