"Zaporojye beynəlxalq ictimaiyyəti təhlükə altına atır" - NATO Baş katibi
17 Avqust 2022 23:09 DünyaHazırda Zaporojye AES-dəki vəziyyət Ukrayna və qonşu dövlətlərin xalqlarını, eləcə də beynəlxalq ictimaiyyəti təhlükə altına atır. Orada hər an nüvə qəzaları və insidentləri baş verə bilər.
Olaylar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
Stoltenberq bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin orada dərhal araşdırma aparmasına icazə verilməsi və Rusiya qoşunları oradan çıxarılmalıdır.
Qeyd edək ki, martın 4-də ruslar tərəfindən ələ keçirilən Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31