TikTok-da yerləşdirdiyi video həbsinə SƏBƏB OLDU
17 Avqust 2022 19:07 DünyaTailandda polis tutulan nadir balıq növünün videosunu internetə yerləşdirən turisti həbs edib.
Olaylar.az milli.az-a istinadən bildirir ki, təfərrüatlar "Bangkok Post" dərc edib.
Hollandiya vətəndaşı olan 22 yaşlı Roslan Bendeniya Phuketdə tətili zamanı silahla qayıq icarəyə götürüb və Krabi əyalətindəki Mu Ko Phi Phi Milli Parkına balıq tutmağa gedib. Tutduğu balıqları kameraya çəkən gənc videonu TikTok sosial şəbəkəsində yerləşdirib. Videonu görən yerli sakinlər tətilçidən polisə şikayət ediblər, bundan sonra səyahətçi saxlanılıb.
Bendeniyaya qarşı cinayət işi başlanıb. O, balıq ovu qadağan olunmuş milli parkın ərazisində nəsli kəsilməkdə olan balıqları qanunsuz ovlamaqda ittiham olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31