“Qazprom”un hasilatı 400 milyard kubmetrdən aşağı düşə bilər”
17 Avqust 2022 16:19 DünyaEnerjinin İnkişafı Mərkəzinin proqnozuna görə, Rusiya boru kəməri qazının Avropaya tədarükü avqustda yeni tarixi minimuma düşəcək.
"Qazprom"un ilin sonunda hasilatı ilk dəfə olaraq 400 milyard kubmetrdən aşağı düşə bilər", - mərkəzin ekspertləri bildirir.
İyulda "Qazprom"un ixracı həcmcə azalıb, pul baxımından gəlirləri artıb. Beləliklə, Rusiyadan Aİ-yə qaz tədarükü iyulda, iyun ayı ilə müqayisədə dörddə bir azalaraq 3,5 milyard kubmetrə düşüb. İyulda Avropada qazın qiyməti 60% artaraq min kubmetr üçün 1900 dollar olub.
Vesti.ru
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31