“Çinlə müharibə başlasa, Filippin ABŞ-ı dəstəkləyəcək”- SƏFİR
17 Avqust 2022 15:41 Dünya"Tayvan boğazındakı gərginliyə görə Çinlə müharibə başlayarsa, Filippin ABŞ-ı dəstəkləyəcək"
Bunu Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdes bildirib.
"Əlbəttə ki, heç vaxt baş verməyəcəyinə ümid edirik. Amma böyük bir müharibə olsa, biz İkinci Dünya savaşında olduğu kimi, ABŞ-la ittifaqda olacağıq", - Romualdes bildirib.
Diplomatın sözlərinə görə, ölkəsi Vaşinqtonla müttəfiqliyə hazırdır.
Azpost.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31