Rusiya diplomatik nümayəndəsi: "Bu tarixdə görünməyən addımdır"

"Avstraliyada Rusiya səfirliyinin yeni binasının tikintisi üçün ərazinin icarəsinə xitam verilib. Bu qərar görünməyən və  arzuolunmaz addımdır." Bu bəyanatla, çərşənbə günü Rusiya diplomatik  nümayəndəsi çıxış edib.

"Rusiya diplomatik missiyası ilk növbədə bu addımı ilə bağlı hüquqi məsləhət axtarmaq niyyətindədir. Tikinti layihəsi həqiqətən də bu illər ərzində bir çox problem və gecikmələrlə üzləşib. Lakin bu, həmişə səfirlik və hakimiyyət orqanları arasında konstruktiv və səmimi məsləhətləşmələrin mövzusu olub. Tikinti prosesi iki ildən artıqdır ki, fasiləsiz davam etdiyi halda, hakimiyyət orqanlarının niyə icarəyə xitam vermək qərarına gəldiyi təəccüb doğurur.", - səfirliyin nümayəndəsi müsahibəsində bildirib.

Bundan əvvəl, Avstraliya hakimiyyət orqanları öz saytında 2008-ci ilin dekabrında bağlanan yeni səfirlik binasının tikintisi üçün icarə müqaviləsinə xitam verilməsi ilə bağlı bəyanat yayıblar. Əsaslı Tikinti İdarəsində qərarın verilməsinə səbəb, Rusiyanın 2011-ci ildə icazənin verildiyi tarixdən üç il ərzində işləri başa çatdırmaması olub. Əsaslı Tikinti şöbəsinin rəhbəri Salli Barnsın sözlərinə görə, yarımçıq tikili "Ölkə paytaxtında diplomatik və xarici nümayəndəliklər üçün ayrılan ərazinin ümumi estetikasına təsir edib.

"Rusiya səfirliyinin ərazini boşaltmaq üçün 20 gün vaxtı var. Gələcəkdə Rusiya diplomatik missiyası ərazinin ayrılması ilə bağlı yenidən müraciət edə biləcək və buna qanunla müəyyən edilmiş qaydada baxılacaq.", deyə idarədən bildirilib.

TASS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31