Yekaterinburq sakini divanda oturduğu halda yanaraq öldü

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Gazeta.ru"-nun məlumatına görə, Rusiyanın Yekaterinburq şəhərində yaşayış binalarından birində yanğın baş verib. Hadisə nəticəsində bir nəfər ölüb.

Hadisə Asbestovski prospektində baş verib. Bina sakinləri qonşularının mənzilində yanğın olduğu barədə məlumat veriblər.

Yanğınsöndürənlər mənzilə daxil olarkən divanda oturaq vəziyyətdə kişi meyiti aşkar ediblər. Onun yanında spirtli içki və siqaret tapılıb.

"Adamın 60 yaşı var idi, altı ay əvvəl bu evə köçmüşdü. O, divanda içir və siqaret çəkirdi. Necə həyat yaşayırdısa, elə də öldü", - deyə bina sakini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31