"Suriyada sülh və sabitlik üçün konsensus lazımdır” - Türkiyənin xarici işlər naziri
16 Avqust 2022 23:45 DünyaTürkiyə həmişə Suriya münaqişəsinin siyasi həllinin tərəfdarı olub.
Olaylar.az bildirir ki, bunu çərşənbə axşamı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqar Rinkeviçlə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib.
Çavuşoğlu bildirib ki, Suriyada davamlı sülh üçün döyüşən tərəflər arasında konsensusa nail olmaq lazımdır. "Suriya müxalifəti Türkiyəyə güvənir, lakin Suriyada sülh və sabitlik üçün konsensus lazımdır", - deyə o, xüsusilə qeyd edib.
Türkiyə diplomatiyasının rəhbəri Ankaranın Suriyanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə dəstəklədiyini də vurğulayıb.
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31