Kərimovanın dondurulmuş aktivləri qaytarılacaq

Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovaya məxsus Avropa banklarında dondurulmuş aktivlər qaytarılacaq.

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Gülnarə Kərimovanın aktivləri ilə bağlı müqaviləni Özbəkistanın ədliyyə naziri Ruslanbek Dövlətov və İsveçrə prezidenti İqnazio Kassis imzalayıblar", - məlumatda deyilir.

Konfederasiya dərhal 131 milyon dolları respublikaya qaytarmağı öhdəsinə götürüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31