"İranın şərhlərini Avropa İttifaqı vasitəsilə almışıq" - ABŞ Dövlət Departamentinin sözçüsü

"Amerika Birləşmiş Ştatları Aİ vasitəsilə İranın nüvə sazişinə qayıtmaq təkliflərinə cavabını alıb".

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü bildirib.

O deyib ki, hazırda ABŞ səlahiyyətliləri verilən cavabı analiz edirlər:

"Biz İranın şərhlərini Avropa İttifaqı vasitəsilə almışıq, indi onları öyrənirik, həmçinin bu məsələ ilə bağlı fikirlərimizi Aİ ilə bölüşürük", - o, jurnalistlərə deyib.

İSNA xəbər agentliyinin məlumatına görə, İran Avropa diplomatiyasının rəhbəri Cozef Borelə İranın nüvə sazişinin bərpasına dair saziş layihəsinin təklif olunan mətni ilə bağlı cavab göndərib. Cavab mətnində danışıqlarda qalan məsələlərlə bağlı da fikirlərlər əksini tapıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31