"Bunu məqsədyönlü təxribat sayırıq” - Rusiya Müdafiə Nazirliyi

Böyük Britaniya kəşfiyyat təyyarəsinin Rusiyanın da hava məkanından keçəcək marşrutla uçuşu üçün müraciət edib.

Olaylar.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Nazirlik Rusiya Hava Kosmik Qüvvələrinə təyyarənin Rusiya səması üzərindən uçuşuna mane olmaq tapşırığı verilib.

"Böyük Britaniya RC-135 kəşfiyyat təyyarəsinin Rusiya ərazisindən keçərək uçuşu üçün müraciət edib. Bunu məqsədyönlü təxribat sayırıq", - deyə açıqlamada deyilir.

Rusiya Müdafiə Nazirliyi baş verə biləcəklərə görə bütün məsuliyyətin rəsmi Londonun üzərinə düşəcəyini xatırladıb.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31