“TikTok”da mətn əsasında şəkillər yaratmaq olar - FOTO
16 Avqust 2022 19:41 Dünya"TikTok" proqrama mətn əsasında şəkil yarada bilən süni intellekt aləti əlavə edib.
Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, yeni effekt "AI greenscreen" adlanır.
Ondan istifadə üçün istədiyiniz şəklin təsvirini mətn formasında yazmalı və proqramın onu yaratmasını gözləməlisiniz.
"TikTok" tərəfindən yaradılan şəkillər video fon kimi istifadə edilə bilər.
Proqram abstrakt təsvirlər təqdim etsə də, açıq şəkildə erotik və ya zorakı görüntülər yaratmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31