Suriyadan Türkiyə ərazisinə raketlər atılıb

Suriyanın Münbiç bölgəsindən Türkiyənin Karkamış rayonuna (Qaziantep) raketlər atılıb.

Məlumata görə, hücum PKK/YPG terrorçuları tərəfindən həyata keçirilib.

Ümumilikdə əraziyə altı raket atılıb, ancaq onlar boş sahəyə düşüb.

Bununla belə, yerli hökumət nümayəndələri sakinlərə küçəyə çıxmamaq barədə xəbərdarlıq ediblər.

Hücuma Türkiyə Silahlı Qüvvələri tərəfindən dərhal cavab verilib.

Qaziantep valisi Davud Gül baş verənlərlə bağlı sosial media hesabından açıqlama verərək ölən və yaralanın olmadığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31