Ermənistan Fövqəladə Hallar Nazirliyinə "Zvartnots" hava limanında bomba yerləşdirilməsi barədə məlumat daxil olub.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "TASS"-ın məlumatına görə, bu barədə nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib:
"Hadisə yerinə minaaxtaranlar və kinoloqlardan ibarət qruplar cəlb edilib. Hazırda iş gedir".