Rostovda meşə yanğınları güclənir - VİDEO

Rusiyanın Rostov vilayətinin Ust-Donetsk rayonunda meşə yanğınları davam edir. Yanğın artıq 124 hektara yaxın sahəni əhatə edib. Həmçinin 32 tikilini alov bürüyüb.

 

Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "SHOT"-un məlumatına görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Hazırda 300-dən çox insan, 90 texnika və bir "İl-76" təyyarəsi yanğınla mübarizə aparır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31