İrəvanda partlayışda ölənlərin sayı artdı
16 Avqust 2022 10:20 Dünyaİrəvanın "Surmalu" ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Sputnik Ermənistan"-in məlumatına görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan bildirib:
"Daha bir cəsəd dağıntılar altından indicə çıxarılıb. Hazırda ölənlərin sayı 16-dır. Axtarış-xilasetmə əməliyyatları davam edir".
Hadisədə terror aktı versiyası istisna edilir.
Qeyd edək ki, hadisə nəticəsində 61 nəfər xəsarət alıb, 22 nəfər isə itkin düşüb. Onlar arasında İran və Rusiya vətəndaşları var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31