Türkiyə nümayəndə heyəti ABŞ-a yollanıb
15 Avqust 2022 22:35 DünyaTürkiyənin Milli Müdafiə Nazirliyinin texniki nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə F-16 qırıcılarının modernləşdirilməsi və alınması məsələsini müzakirə etmək üçün ABŞ-a yollanıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
"Türkiyənin Milli Müdafiə Nazirliyinin texniki nümayəndə heyəti ABŞ-ın dəvəti ilə F-16-ların modernləşdirilməsi və alınması prosesini sürətli şəkildə həyata keçirmək üçün bu ölkəyə gedib", - deyə açıqlamada bildirilir.
Xatırladılır ki, daha əvvəl tərəflər bu mövzuda bir sıra məsləhətləşmələr aparıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31