“Kruşik” silah zavodunda partlayış baş verib

Serbiyanın "Kruşik" silah zavodunda partlayış baş verib. 2 nəfər yaralanıb.

Olaylar.az xəbər verir ki, bu barədə RTS teleradio şirkəti məlumat yayıb.

Məlumata əsasən, hadisə zamanı əlində sursat partlayan 40 yaşlı işçi ağır yaralanıb. Digər yaralının isə xəsarəti yüngül olduğu üçün artıq evə buraxılıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31