“Müstəqillik üçün ABŞ-a güvənmək intihara bərabərdir”- Çin Tayvan ətrafında təlimlərə başladı

Çin ordusu Tayvan adası ətrafında - dənizdə və hava məkanında təlimlərə başlayıb.

Bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimlərin Taybey və Vaşinqton arasında sövdələşməyə cavab olaraq keçirildiyi bildirilir.

Çin Xalq Azadlıq Ordusunun nümayəndəsi Şi İ manevrlərin məqsədinin döyüş hazırlığının yüksəldilməsi olduğunu deyib.

Çin Müdafiə Nazirliyinin sözçüsü U Tsian isə bildirib ki, Çin ordusu Tayvanda istənilən formada kənar müdaxiləni yatırmağa qadirdir: "Çinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək, Tayvanda istənilən formada separatizmi və kənar müdaxiləni qətiyyətlə yatırmaq məqsədilə təlimlər davam etdirilir. Biz ABŞ-a və Tayvanın Demokratik Tərəqqi Partiyasına xəbərdarlıq edirik ki, Tayvanın köməyi ilə Çinə nəzarəti ələ keçirmək cəhdləri uğursuzluğa məhkumdur. Müstəqillik üçün ABŞ-a güvənmək intihara bərabərdir".

Azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31