“Bizim səylərimiz təkcə müdafiə sektoru ilə məhdudlaşmır" - Rəcəb Tayyib Ərdoğan

Türkiyə son onilliklərdə dünya bazarında özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib.

Olaylar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bizim səylərimiz təkcə müdafiə sektoru ilə məhdudlaşmır. Enerji sahəsində mühüm addımlar atılır. Avropalılar qarşıdan gələn qışdan ciddi narahat olduqları halda, Türkiyə enerji təhlükəsizliyini təmin etmək üçün strateji addımlar atır", - Ərdoğan qeyd edib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31