“35 656 terrorçu zərərsizləşdirilib” - Hulusi Akar
13 Avqust 2022 22:58 DünyaOlaylar.az bildirir ki, şəhid ailələri və qazilərlə görüşən Türkiyənin müdafiə naziri Hulusi Akar 24 iyul 2015-ci il tarixindən indiyədək 35 min 656 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Balıkəsir Polis Evində təşkil olunan ziyafət proqramında çıxış edən nazir Silahlı Qüvvələrin ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün üzərinə düşən vəzifələri əzmlə yerinə yetirməyə davam etdiyini vurğulayıb.
Akar son illərdə Türkiyə ordusunun vəzifə və məsuliyyətinin artdığına da diqqət çəkib.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31