Ukraynaya "Zuzana"lar göndərildi

Slovakiya Ukraynaya dörd "Zuzana 2" özüyeriyən haubitsasını təhvil verib.

Olaylar.az xəbər verir ki, bu barədə Slovakiya müdafiə naziri Yaroslav Nad məlumat verib.

"Mən məmnuniyyətlə təsdiq edirəm ki, ilk dörd "Zuzana 2" haubitsa Ukrayna Silahlı Qüvvələrindədir və işə salınmağa hazırdır", - Nad vurğulayıb.

Qeyd edək ki, cari ilin iyun ayında bağlanmış müqaviləyə əsasən, Ukrayna tərəfi ilk dörd 155 mm-lik "Zuzana 2" özüyeriyən haubitsasını alıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31