“Ukrayna ordusu qeyri-mümkünü gerçəkləşdirir”- Pentaqon rəsmisi

"Ukrayna əsgərləri bütün dünyaya qeyri-mümkün görünənləri gerçəkləşdirirlər".

Azpost.info xəbər verir ki, bunu Pentaqondan bildiriblər.

"Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna qarşı mübarizədə olduqca səmərəlidir. 0-10 arası qiymətləndirsək, Ukrayna Silahlı Qüvvələrinin effektivliyi 12 olacaq. Onlar qeyri-mümkün hesab etdiyimiz şeyi etmək yollarını tapdılar", - Pentaqon rəsmilərindən biri deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu ölkənin şərqində irəliləyiş əldə edib və cənubdakı işğalçılara güclü təzyiq göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31