ABŞ Krıma hücum etmək üçün Ukraynaya silah verməyib
13 Avqust 2022 10:12 Dünya"Birləşmiş Ştatlar Ukraynaya Krımdakı aerodroma zərbə endirə biləcək heç bir silah vermədi".
Olaylar.az APA-ya istinadən xəbər verir ki, bunu avqustun 12-də keçirilən qapalı brifinqdə Pentaqonun adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib.
O, əlavə edib ki, ABŞ-ın aerodromdakı hücumun raketlərlə həyata keçirildiyini göstərəcək sübutu yoxdur.
Xatırladaq ki, avqustun 9-da Krım yarımadasının Novofedorovka hərbi aerodromunda partlayışlar baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31