Fransada bayram atəşfəşanlığı faciə ilə bitdi: Bir ailənin iki övladı həlak oldu
15 İyul 2022 13:38 DünyaFransanın qərbində Bastiliyanın alınması günü ilə əlaqədar atəşfəşanlıq zamanı yeddi yaşlı uşaq və onun 24 yaşlı bacısı həlak olublar.
Olaylar.az Oxu.az-a istinadən xəbər verir ki, "Ouest-France"-nin məlumatına görə, hadisə yerli vaxtla saat 23 radələrində Şole kommunasında baş verib.
Atəşfəşanlıq səbəbindən həlak olanların ailə üzvlərindən daha biri də yaralanıb. O, xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Şəhər prokuroru Anje Erik Buyar atəşfəşanlığı telefonla lentə alaraq Fransa xalqına da müraciət edib. Onun sözlərinə görə, hadisə yerindən video və fotolar istintaqa kömək edə bilər. Bununla bağlı şəhər sakinlərinə yerli polis idarəsi ilə əlaqə saxlamaq təklif edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31