Rusiya Qran-Pridən də məhrum oldu - AÇIQLAMA
14 İyul 2022 23:16 DünyaFiqurlu konkisürmə üzrə Rusiya Qran-Prisi 1996-cı ildən sonra ilk dəfə baş tutmayacaq.
Beynəlxalq Konkisürmə İttifaqı (ISU) növbəti mövsüm üçün Qran-pri təqvimini təsdiqləyib.
Rusiya mərhələsi siyahıya daxil edilməyib. Əvəzində, yarış 25 - 27 noyabrda Finlandiyanın Espoo şəhərində baş tutacaq.
Qeyd edək ki, daha əvvəl ISU Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyadakı turnirləri ləğv edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31