İtaliyanın baş naziri istefa verdi (YENİLƏNİB)

İtaliya prezidenti Sercio Mattarella baş nazir Mario Draqinin istefasını qəbul etməyib.

Olaylar.az bildirir ki, bu barədə İtaliya prezidentinin rəsmi saytında bildirilib.

Qeyd olunub, S.Mattarella M.Draqi ilə Kvirinal sarayında görüşüb:

"Respublika Prezidenti istefanı qəbul etməyib və bu gün Respublika Senatında keçirilən iclasdan sonra yaranmış vəziyyəti qiymətləndirmək üçün Şura sədrini Parlamentə gəlməyini təklif edib".

***

İtaliyanın baş naziri Mario Draqi istefa vermək qərarına gəldiyini açıqlayıb.

Olaylar.az bildirir ki, bu barədə "Corriere della Sera" qəzeti xəbər verib.

Məlumata əsasən, o, istefa ərizəsini iyulun 14-ü axşam prezident Sercio Mattarellaya göndərəcək.

M.Draqi müvafiq kommunike yayıb və getmək niyyətini hökumətinin əksər siyasi qüvvələrin dəstəyini itirməsi ilə izah edib.

O xatırladıb ki, inauqurasiya nitqində hökumətinin öz proqramını yerinə yetirmək perspektivi olduğu müddətdə işləyəcəyinə söz verib. Onun sözlərinə görə, bu proqram çoxluğun etimadını itirib və hakim koalisiyada fikir ayrılıqları yaranıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31