"Starlink" Gürcüstanda peyk interneti üçün icazə alıb
14 İyul 2022 21:55 DünyaGürcüstanın Kommunikasiyalar üzrə Komissiyası "Starlink" şirkətinə qlobal peyk internetinin ölkədə işə salınması üçün icazə verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə komissiyanın mətbuat xidməti bildirib.
Qeyd olunur ki, İlon Maskın təsis etdiyi "SpaceX" şirkətinə məxsus "Starlink" ölkə ərazisində fəaliyyətə icazə almaq üçün iyulun 8-də müraciət etmişdi. Yaxın zamanlarda qlobal sistemin Gürcüstantda fəaliyyətə başlayacağı gözlənilir.
Qeyd edək ki, hazırda "Starlink" 32 ölkədə yüksəksürətli internetə çıxışı təmin edir, Yerin orbitində 2 500-dən çox "Starlink" peyki fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31