Buzlağın çökməsi nəticəsində 16 nəfər itkin düşüb
4 İyul 2022 10:52 DünyaOlaylar.az MK.RU-a istinadən xəbər verir ki, Marmolada buzlaqının çökməsi nəticəsində ən azı 16 nəfər itkin düşüb. İtaliyanın şimal-şərqindəki Dolomitlərdə turistik bir məkandır. Faciə zamanı dağda olan turistlərin sayı hələ də dəqiqləşdirilir.Dayanacaqda sahibsiz 16 avtomobil qalıb. Polis onların sahiblərini müəyyənləşdirir.ANSA-nın məlumatına görə, altı nəfərin öldüyü məlumdur. Eyni zamanda 10 nəfər itkin düşmüş hesab olunur.Səkkiz zərərçəkən, o cümlədən biri ağır vəziyyətdə xəstəxanalara çatdırılıb.Yeni çökmə riski hələ də qalır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31