Ermənistanda AES-də ölüm hadisəsi qeydə alınıb

Ermənistanın Armavir vilayətində Metsamor Atom Elektrik Stansiyasında (AES) dəmir borunun 7 metr hündürlükdən düşməsi nəticəsində bir nəfər ölüb.
Olaylar.az xəbər verir ki, ki, hadisə iyunun 8-də qeydə alınıb.
Belə ki, Armavir sakini, 59 yaşlı Varşam M. AES-də təmir işləri ilə məşğul olan zaman boru 7 metr hündürlükdən düşüb. Ağır yaralı vəziyyətdə hospitala çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31