Avtomobil ticarət mərkəzinin binasına girdi
31 May 2022 10:29 DünyaOlaylar.az xəbər verir ki, Moskvada minik avtomobili ticarət mərkəzinin binasının divarına çırpılıb, xəsarət alan olmayıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva İdarəsinin mətbuat xidməti xəbər verir.
Qeyd edildiyi kimi, saat 03:14-də minik avtomobilinin sürücüsü yolun hərəkət hissəsindən çıxararaq, Vernadskogo prospekti, ev 86a ünvanında yerləşən binanın şüşəsinə girib. Şüşələr zədələnib, bundan başqa avtomobilə mexaniki ziyan dəyib.
Hadisə zamanı itkilərin olmadığı dəqiqləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31